Viktor Orban: Aİ TDT və Mərkəzi Asiya ölkələri ilə strateji əlaqələri gücləndirməlidir
- 07 oktyabr, 2025
- 14:46

Avropa İttifaqı (Aİ) Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya ölkələri ilə strateji əlaqələri gücləndirməlidir.
"Report" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, TDT ölkələrinin əldə etdiyi nailiyyətlər, qoyduqları investisiyalar Avropadan baxdıqda Aİ üçün qızıl rezervdir:
"Biz (Avropa-müəl.) Rusiya ilə əlaqələri kəsdik. Avropa İttifaqı Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya ölkələri ilə strateji əlaqələri gücləndirməlidir. Biz Avropadakı qarışıq siyasi vəziyyəti düzəltməliyik. Rusiya-Ukrayna müharibəsi Aİ-nin müharibəsi kimi qəbul edilir. Macarıstan müharibəyə qarşıdır, atəşkəsin vacib olduğunu düşünür. Biz sülhü seçməklə həm də Macarıstanın təhlükəsizliyini müdafiə edirik".