Azərbaycanda aqrar sektorda mövsümi çalışanlara gündəlik ödənişin yuxarı həddi 50 % artırılır

Milli Məclis
  • 07 oktyabr, 2025
  • 16:41
Azərbaycanda aqrar sektorda mövsümi çalışanlara gündəlik ödənişin yuxarı həddi 50 % artırılır

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün nağd qaydada ödənilən məbləğ 50 % artırılaraq 20 manatdan 30 manata qaldırılır.

"Report" xəbər verir ki, bununla bağlı "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsi parlamentin oktyabrın 10-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə görə, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddini müəyyən edir.

Sənəddə bildirilib ki, qeyd olunan norma kənd təsərrüfatı məhsullarının istehsalının xüsusiyyətləri (mövsümü olması və bu əsasda işçiyə ehtiyacın müəyyən zaman kəsiyində yaranması) nəzərə alınmaqla, məhsul istehsalçıları tərəfindən işlərin görülməsinə mülki hüquqi müqavilələr əsasında fiziki şəxslərin cəlb edilməsi imkanının yaradılmasına, kənd təsərrüfatı istehsalçılarının və onların mövsümi işlərə cəlb etdiyi şəxslərin dəstəklənməsinə, tərəflər arasında daha çevik ödəmə mexanizminin qurulmasına xidmət edir, ödənişlərin birbaşa məhsulun istehsalı sahəsində (yerində) ödənilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalının (yığımının) daha çevik təşkil edilməsinə imkan yaradır.

Təklif olunan qanun layihəsi həmin şəxslərə nağd qaydada ödənilə bilən gündəlik ödənişin yuxarı həddinin artırılaraq, hazırki iyirmi manatdan otuz manata çatdırılmasını nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti