"Qarabağ"ın rəqibinin futbolçusu karyerasını Türkiyə Superliqasında davam etdirəcək
İdman
- 12 sentyabr, 2025
- 16:00

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Kopenhagen" (Danimarka) klubunun futbolçusu Qerman Onuqha karyerasını Türkiyə Superliqası klubu "Kayserispor"da davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflərin futbolçunun transferi ilə bağlı razılığa gəldikləri bildirlib. Q.Onuqha 2024-cü ildə "Kopenhagen"ə keçib və cəmi 8 oyunda iştirak edib. O, daha sonra Danimarkanın "Vayle" klubuna icarəyə verilib.
Qeyd edək ki, "Qarabağ" Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Son xəbərlər
17:42
Azərbaycan Cənubi Koreya şirkətlərini BOEM layihələrinə sərmayə qoymağa dəvət edir
Xarici siyasət17:41
Foto
Badara kəndinə və Hadrut qəsəbəsinə ilk köç karvanı çatıb - YENİLƏNİB-3
Daxili siyasət17:33
"Qalatasaray"ın sabiq qapıçısı II Liqa təmsilçisinə keçib
Futbol17:33
Çarli Kirkin qətlində 22 yaşlı Yuta sakini şübhəli bilinir - YENİLƏNİB
Digər ölkələr17:30
Azər Fərəcov: "Bağırov körpüsü" ərazisində əsaslı təmir işləri yekunlaşıb"
İnfrastruktur17:30
Viktor Orban Qətərə gedib
Digər ölkələr17:28
Xocalının daha iki kəndinə ilk dəfə köç olacaq
Daxili siyasət17:28
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə reyslərin sayı artırılır
İnfrastruktur17:26