Azərbaycan Cənubi Koreya şirkətlərini BOEM layihələrinə sərmayə qoymağa dəvət edir
- 12 sentyabr, 2025
- 17:42

Azərbaycan Cənubi Koreya şirkətlərini ölkədə bərpa olunan enerji mənbələri layihələrinə sərmayə qoymağa dəvət edir.
"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, energetika nazirinin müavini Orxan Zeynalov və Cənubi Koreyanın səfiri Kan Kim Qu Bakıda keçirilən görüşdə energetika sahəsində əməkdaşlığın inkişaf imkanlarını müzakirə ediblər.
Məlumatda qeyd olunub ki, səfir Kan Kim Qu iki ölkə arasında energetika sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
O. Zeynalov hazırda Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri haqqında məlumat verib və Koreya şirkətlərinin bu layihələrdə iştirak etməsini və sərmayə qoymasını arzuladığını bildirib.
Diplomat iki ölkənin təkcə bərpa olunan enerji sahəsində deyil, energetika sektorunun bütün istiqamətlərində birgə həyata keçirə biləcəyi layihələrin öyrənilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.