"Qalatasaray"ın sabiq qapıçısı II Liqa təmsilçisinə keçib

Futbol
  • 12 sentyabr, 2025
  • 17:33
Qalatasarayın sabiq qapıçısı II Liqa təmsilçisinə keçib

"Qalatasaray"ın sabiq qapıçısı Sinan Bolat Türkiyənin II Liqa təmsilçisi "İğdır"a keçib.

"Report" xəbər verir ki, bu barədə İğdır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü Belçikanın "Vesterlo" klubunda keçirən 37 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, S.Bolat Türkiyədə "Qalatasaray"la yanaşı, "Kayserispor"un, Portuqaliyada "Porto"nun, Belçikada "Gent", "Genk", "Antverpen" və "Standard"ın da formalarını geyinib.

Son xəbərlər

Bütün Xəbər Lenti