Çarli Kirkin qətlində 22 yaşlı Yuta sakini şübhəli bilinir - YENİLƏNİB
- 12 sentyabr, 2025
- 17:33

ABŞ hüquq-mühafizə orqanları bildiriblər ki, Çarli Kirkin qətlində ehtimal olunan şübhəli şəxs Yuta ştatının 22 yaşlı sakini Tayler Robinsondur.
"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Telekanal başqa təfərrüatlar açıqlamayıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çarli Kirkin qətlində şübhəli bilinən şəxs "böyük ehtimalla" istintaq altındadır.
"Report" xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.
"Düşünürəm ki, böyük ehtimalla o, istintaq altındadır. Yerli polis və qubernator bu məsələ üzərində fəal işləyiblər", - D.Tramp bildirib.
Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı sui-qəsdə uğrayıb. O, kritik vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin orada ölüb.