Azərbaycan lideri çexiyalı həmkarını milli bayram münasibətilə təbrik edib
Xarici siyasət
- 28 oktyabr, 2025
- 11:09
Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Son xəbərlər
15:26
Rəy
Türkiyə-Azərbaycan münasibəti - regional, qlobal təhlükəsizliyə, əməkdaşlığa töhfələr - ŞƏRH
Analitika15:22
Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilir - RƏY
Daxili siyasət15:20
ARDNF sığortaçı seçir
Maliyyə15:20
Azərbaycan və Türkiyə XİN başçılarının müavinləri təhlükəsizlik məsələlərini müzakirə edib
Xarici siyasət15:19
Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçib
Maliyyə15:19
"Vahid Neytral Gürcüstan" hərəkatı partiyaya çevrilir
Digər15:12
Həsənriz sakini: Şəhid olmuş həyat yoldaşımın yurdundakı ocaq həmişə yanacaq
Daxili siyasət15:06
Azərbaycanla Oman diplomatik və xidməti pasport sahibləri üçün vizanı ləğv edir
Xarici siyasət15:02