Rusiya Xersonda xəstəxananı atəşə tutub, doqquz nəfər yaralanıb
Digər
- 29 oktyabr, 2025
- 15:02
Rusiyanın Ukraynanın Xerson şəhərindəki uşaq xəstəxanasını artilleriya atəşinə tutması nəticəsində dörd uşaq və üç tibb işçisi də daxil olmaqla doqquz nəfər yaralanıb.
"Report"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Xerson Vilayət Prokurorluğu sosial şəbəkədə məlumat yayıb.
"Rusiya Xersonda uşaq xəstəxanasını artilleriya atəşinə tutub, həmin vaxt orada uşaqlar, onların valideynləri və tibb işçiləri olub. İlkin məlumatlara görə, atəş nəticəsində doqquz nəfər xəsarət alıb, onlardan dördü uşaq, üçü tibb işçisidir", - məlumatda qeyd olunur.
Xəstəxananın binasına ciddi ziyan dəyib, partlayışın yaratdığı dalğa yaxınlıqdakı tikililərə də ziyan vurub.
Son xəbərlər
06:07
ABŞ Prezidenti Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr edib
Digər ölkələr06:02
Trampın Si Cinpinlə görüşü başlayıb
Digər ölkələr05:51
Müdafiə naziri: Amerika qoşunları Estoniyanı tərk etməyəcək
Digər ölkələr05:19
"CBS News": ABŞ "HIMARS"la Çinə güc nümayiş etdirə bilər
Digər ölkələr04:39
Depressiya və demensiya arasında gözlənilməz əlaqə tapılıb
Sağlamlıq04:07
"CNN": Tayvan ABŞ ilə münasibətlərin soyumasından narahatdır
Digər ölkələr03:33
"Exit-poll": Niderlandda keçirilən seçkilərdə "Demokratlar 66" partiyası liderdir
Digər ölkələr03:02
Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcək
Digər ölkələr02:37