Azərbaycan və Türkiyə XİN başçılarının müavinləri təhlükəsizlik məsələlərini müzakirə edib
- 29 oktyabr, 2025
- 15:20
Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci azərbaycanlı həmkarı Araz Əzimovla Bakıda görüş zamanı təhlükəsizlik məsələlərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Türkiyə-Azərbaycan münasibətləri, çoxtərəfli əməkdaşlıq, eləcə də hərbi və təhlükəsizlik məsələləri müzakirə olunub.
Xatırladaq ki, nazir müavini Azərbaycan-Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələrə qatılmaq üçün bir müddət öncə Bakıya səfər edib.
Deputy Minister Ambassador Berris Ekinci met with Deputy Minister of Foreign Affairs of Azerbaijan Araz Azimov during her visit to Baku on the occasion of the Türkiye-Azerbaijan Political Consultations.
— Turkish MFA (@MFATurkiye) October 29, 2025
During the meeting, they discussed Türkiye-Azerbaijan relations,… pic.twitter.com/73kcc5xdnm