"Vahid Neytral Gürcüstan" hərəkatı partiyaya çevrilir

Digər
  • 29 oktyabr, 2025
  • 15:19
Vahid Neytral Gürcüstan hərəkatı partiyaya çevrilir

Gürcüstanda fəaliyyət göstərən "Vahid Neytral Gürcüstan" hərəkatı siyasi partiya kimi təsis olunacağını açıqlayıb.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, brifinqdə çıxış edən hərəkat nümayəndəsi Vato Şakarişvili bildirib ki, hərəkat bir ildən artıqdır, ölkə daxilində və xaricdə Gürcüstan üçün təhlükə yaradan halları üzə çıxarmağa çalışır və indi partiya formasında parlament seçkilərinə hazırlıq başlayacaq.

O qeyd edib ki, yaxın vaxtlarda partiyanın təsis qurultayı keçiriləcək.

Bəyanatda, həmçinin Avropa İttifaqı və ABŞ-nin Gürcüstana təsiri tənqid olunub. Hərəkat hesab edir ki, bəzi Avropa sənədləri və açıqlamalar ölkənin suverenliyinə uyğun deyil və daxili siyasi sabitliyi təhdid edir.

Şakarişvili bildirib ki, yeni partiya həm Gürcüstanın sülh və sabitliyini, həm də iqtisadi tərəqqisini gücləndirməyi hədəfləyir və ölkənin suverenliyinin qorunması prioritetdir.

Son xəbərlər

Bütün Xəbər Lenti