Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb, 2 nəfər ölüb, 5-i yaralanıb

Digər ölkələr
  • 28 avqust, 2016
  • 21:40
Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb, 2 nəfər ölüb, 5-i yaralanıb

Bakı. 29 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Nəcran şəhərinə raket düşməsi nəticəsində bir ailənin iki uşağı həyatını itirib, 5 nəfər yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Nəcran şəhəri Mülki Müdafiə İdarəsinin nümayəndəsi podpolkovnik Əli Əş-Şəhrani bildirib.

O, Yəməndən atılan raketin Nəcran şəhərində bir evin üzərinə düşdüyünü deyib.