Uitkoff: ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verə biləcək

Digər ölkələr
  • 06 noyabr, 2025
  • 22:02
Uitkoff: ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verə biləcək

ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verə biləcək.

"Report" xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff deyib.

O, buna ümid etdiyini bildirərək sözügedən münaqişənin həll edilməsi vacib olan konfliktlərdən biri kimi qiymətləndirib.

Uitkoff Rusiya-Ukrayna münaqişəsinin həllinin çətin göründüyünü, lakin müəyyən irəliləyişlər əldə edildiyini bildirib: "İrəliləyiş əldə edildiyini hiss edirəm, amma düşünürəm ki, bu, çətin bir münaqişədir".

Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında bildirib: "Biz bunu həll edəcəyik və düşünürəm ki, növbəti həll ediləcək ən vacib şey budur. Ukrayna üçün təhlükəsizlik protokolları ilə bağlı görüləsi çox işimiz var. Rəhbərlik işə qarışmazdan əvvəl texniki qruplar yerli səviyyədə çoxlu müzakirələr aparmalıdırlar", - deyə o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti