​"Taliban" Pakistandakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

Digər ölkələr
  • 27 mart, 2016
  • 19:55
​Taliban Pakistandakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

Bakı. 28 mart. REPORT.AZ/ Ötən gün Pakistanın Lahor şəhərində törədilən terror aktına görə məsuliyyəti "Taliban" terror təşkilatı öz üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters"ə istinadən RİA "Novosti" məlumat yayıb.

Terrorçu-kamikadzenin insanların sıx olduğu uşaq parkı yaxınlığında özünü partlatması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 65 nəfər ölüb, 280 nəfər yaralanıb.