Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Digər ölkələr
  • 02 oktyabr, 2026
  • 22:53
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.

"Koalisiya husilər tərəfindən Xamis-Muşayt istiqamətində atılmış üç ballistik raketi zərərsizləşdirib", - məlumatda qeyd olunub.

Yaralılar və ya dağıntılar barədə məlumat verilməyib.

44 - Tezliklə