Qırğız Respublikasında prezident seçkilərinin tarixi açıqlanıb

Digər ölkələr
  • 29 may, 2017
  • 08:11
Qırğız Respublikasında prezident seçkilərinin tarixi açıqlanıb

Bakı. 29 may. REPORT.AZ/ Qırğız Respublikasında növbəti prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Almazbek Atambayev Silahlı Qüvvələrin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib. 

Xatırladaq ki, hazırkı prezidentin 6 illik səlahiyyət müddəti dekabrın 1-də bitir.