Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 16 iyun, 2018
  • 21:41
Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Bakı. 17 iyun. REPORT.AZ/ Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Halisko ştatında, Tlakepake şəhəri ərazisində baş verib.

Qəza zamanı 7 nəfər həlak olub, daha 29 nəfər yaralanıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sürəti artırması olub. O, hadisə yerindən qaçaraq gizlənib. Hüquq-mühafizə orqanları sürücünün axtarışına başlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.