Sandu Moldova, Rumıniya və ABŞ vətəndaşlığı olan biznesmeni Baş nazir vəzifəsinə irəli sürüb

Digər ölkələr
  • 24 oktyabr, 2025
  • 13:20
Sandu Moldova, Rumıniya və ABŞ vətəndaşlığı olan biznesmeni Baş nazir vəzifəsinə irəli sürüb
Aleksandru Muntyanu

Moldova Prezidenti Maya Sandu parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Aleksandru Muntyanunun ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Ona parlamentin etimadını qazanacaq və vətəndaşların ən vacib gözləntilərini (sülhü qorumaq, ölkəni Avropa İttifaqına üzvlüyə hazırlamaq, iqtisadiyyatı gücləndirmək və insanların həyat səviyyəsini yüksəltmək) həyata keçirəcək hökumətin formalaşdırılmasında uğurlar arzulayıram ", - M.Sandu bildirib.

Təyin edilmiş namizəd etimad votumu üçün hökumət üzvlərini və proqramını parlamentə təqdim etməlidir.

Qeyd edək ki, 61 yaşlı namizəd iqtisadçı, universitet müəllimi və investisiya sahəsindəki fəaliyyəti tanınır. O, Moldova, Rumıniya və ABŞ vətəndaşlığına malikdir. Muntyanu rumın, rus, ukrayna, ingilis və fransız dillərini bilir.

Son xəbərlər

Bütün Xəbər Lenti