Kuinsi İnstitutu: İsrail ictimai diplomatiya xərclərini əhəmiyyətli dərəcədə artırıb
- 25 iyul, 2026
- 10:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Kuinsi Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutu son illərdə İsrailin ictimai diplomatiya sahəsindəki tədbirlərə çəkdiyi xərclərin kəskin şəkildə artdığını bildirib.
"Report" xəbər verir ki, bu barədə institutun dərc etdiyi analitik məqalədə bildirilib.
Məlumata görə, İsraildə ictimai diplomatiya xərcləri 2026-cı ildə 750 milyon dollara çatıb, bir il əvvəl isə bu göstərici 190 milyon dollar təşkil edib.
Bundan əlavə, institutdan bildirilib ki, 2023-cü ildən etibarən ABŞ-nin Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) çərçivəsində İsrailin maraqları naminə fəaliyyətə 100 milyon dollardan çox vəsait xərclənib.
Məruzəyə əsasən, 2024-2025-ci illərdə İsrailin maraqlarını təmsil etmək üçün daha 17 şirkət FARA-ya uyğun olaraq qeydiyyatdan keçib.