KİV: Livan hökuməti dindirilmədən sonra Karlos Qonun ölkəni tərk etməsini yasaqlayıb

Digər ölkələr
  • 09 yanvar, 2020
  • 11:11
KİV: Livan hökuməti dindirilmədən sonra Karlos Qonun ölkəni tərk etməsini yasaqlayıb

Livan hökuməti “Renault - Nissan – Mitsubishi” avtomobil alyansının keçmiş rəhbəri Karlos Qonun cümə axşamı Ədalət sarayında keçirilən dindirilməsindən sonra onun ölkəni tərk etməsini qadağan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" qəzetinə Beyrut məhkəməsindəki mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, dekabrın sonunda Tokioda ev həbsindən Livana qaçan K.Qon livanlı müstəntiqlər tərəfindən dindirilib.

44 - Tezliklə