Kataloniyanın keçmiş başçısı: “İspaniyanın baş naziri ilə görüşməyə hazıram”

Digər ölkələr
  • 22 dekabr, 2017
  • 12:19
Kataloniyanın keçmiş başçısı: “İspaniyanın baş naziri ilə görüşməyə hazıram”
Sputnik/ Giordie Boyshareu

Bakı. 22 dekabr. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Vilayətinin keçmiş başçısı Karles Puçdemon ölkənin baş naziri Mariano Rahoy ilə görüşməyə hazır olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

K.Puçdemon İspaniyada xalqı qiyama sövq etdiyi üçün ona qarşı cinayət işinin açıldığını qeyd edib: “İspaniya hökumətinin başçısı ilə Brüsseldə, yaxud Avropanın istənilən yerində görüşməyə hazıram”. 

44 - Tezliklə