İsrailin Ben-Qurion hava limanı əməkdaşlarının tətil etmələri barədə məlumat təkzib olunub

Digər ölkələr
  • 21 avqust, 2026
  • 19:24
İsrailin Ben-Qurion hava limanı əməkdaşlarının tətil etmələri barədə məlumat təkzib olunub

İsraildəki Ben-Qurion adına hava limanının həmkarlar ittifaqının rəhbəri Pinxas İdan aeroportun əməkdaşlarının tətil etmədiklərini bildirib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

İdan reyslərin gecikməsi və ləğv edilməsinə görə məsuliyyəti hava limanı rəhbərliyinin üzərinə qoyaraq bildirib ki, buna səbəb kəskin kadr çatışmazlığı və növbələrin həddindən artıq uzun olmasıdır.

"Dünən nə icazəsiz, nə də planlaşdırılmış şəkildə heç bir tətil olmayıb", - İdan əlavə edib.