İsraildə avtomobilin velosipedçiləri vurması nəticəsində qadın ölüb
Digər ölkələr
- 02 avqust, 2025
- 14:16
İsrailin şimalındakı Hariş şəhəri yaxınlığında avtomobilin bir qrup velosipedçini vurması nəticəsində bir qadın ölüb, iki nəfər yaralanıb.
“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, məlumatı polis və həkimlər təsdiqləyib.
“Magen David Adom” təcili yardım xidmətinin məlumatına görə, ölən 40 yaşlarında olan qadındır. Həkimlər ona kömək etməyə çalışsalar da, onun hadisə yerində ölümünü qeydə almaq məcburiyyətində qalıblar.
Daha iki velosipedçi Haderadakı xəstəxanaya aparılıb, onlardan birinin vəziyyəti ağırdır.
Avtomobilin sükanı arxasında 19 yaşlı gənc olub. O, dindirilmək üçün saxlanılıb.
Polis hadisənin başvermə şəraitini araşdırır.
Son xəbərlər
04:25
ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb
Digər ölkələr04:02
Pentaqon rəhbəri ABŞ Prezidenti postu uğrunda mübarizəyə qoşula bilər
Digər ölkələr03:52
Nepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır
Digər ölkələr03:21
ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır
Digər ölkələr02:48
Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik
Region02:18
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
Digər ölkələr01:49
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
Region01:20
Tramp BKS-dəki amerikalı astronavtlarla rabitə seansı keçirib
Digər ölkələr00:44