İsrail və Qəzza zolağı arasında mövcud keçidlər yenidən açılmayacaq

Digər ölkələr
  • 21 oktyabr, 2023
  • 00:39
İsrail və Qəzza zolağı arasında mövcud keçidlər yenidən açılmayacaq

Fələstin-İsrail münaqişəsi başlamazdan əvvəl İsraillə Qəzza zolağı arasında fəaliyyət göstərən nəzarət-buraxılış məntəqələri yenidən açılmayacaq.

“Report”un məlumatına görə, bu barədə “Financial Times” qəzeti İsrail rəsmilərinə istinadən xəbər verib.

İsrail və Qəzza zolağı arasında əvvəlki nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinə toxunan rəsmilərdən biri “Hər şey bitdi” deyib. O, həmçinin əlavə edib ki, İsrail anklav sakinlərinə işlə təmin olunmaqda kömək etmək niyyətində deyil.

Qeyd olunub ki, İsrail radikal HƏMAS hərəkatı ilə müharibə bitdikdən sonra Qəzza zolağı ilə əlaqələri kəsməyi planlaşdırır.