İsrail Tehran səmasında HHQ-nin tam üstünlüyünü bəyan edib

Digər ölkələr
  • 14 iyun, 2025
  • 16:01
İsrail Tehran səmasında HHQ-nin tam üstünlüyünü bəyan edib

İsrail Tehranın səmasında İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) tam üstünlüyünü bəyan edib.

"Report" xəbər verir ki, bu barədə “Sky News” İsrailin hərbi nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail HHQ bu bölgədə sərbəst fəaliyyət göstərir, çünki daha əvvəl İranın bir çox hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Mənbə əlavə edib ki, hava hücumları zamanı İranda iki nüvə obyekti (İsfahan və Natanzda) xeyli zədələnib və bu obyektlərin bərpası həftələr çəkəcək.

O, həmçinin əlavə edib ki, İsrail İranda 150-dən çox hədəfi vurub.

Gülnar Mahmudova