İran Prezidenti İƏS sammitində iştirak üçün Səudiyyə Ərəbistanına səfər edəcək

Digər ölkələr
  • 06 noyabr, 2023
  • 17:18
İran Prezidenti İƏS sammitində iştirak üçün Səudiyyə Ərəbistanına səfər edəcək

İran Prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın “Etemad” qəzeti məlumat yayıb.

Məlumata görə, sammit noyabrın 12-də Ər-Riyadda keçiriləcək.