İraqın tanınmış siyasətçisinin meyiti evində aşkarlanıb
Digər ölkələr
- 03 noyabr, 2015
- 11:36
Bakı. 3 noyabr. REPORT.AZ/ İraq Milli Konqres Partiyasının sədri, ölkənin tanınmış siyasətçisi Əhməd Rüştü əl-Çələbinin meyiti evində aşkar edilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ə.Çələbinin meyiti noyabrın 3-də yerli vaxtla səhər saatlarında Bağdadın Kazimiyyə məhəlləsində yaşadığı mənzildə aşkar edilib. Onun ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, Ə.Çələbi İraqda Səddam Hüseyn hakimiyyətinə qarşı kəskin mövqe nümayiş etdirən müxalifətçi sayırlırdı. O, hətta S.Hüseyn devrildikdən sonra az müddətə də olsa, İraq hökumətinə başçılıq edib.
Ötən il isə əl-Çələbinin adı Heydər əl-İbadidən öncə baş nazir postuna namizədlərin sırasında hallanırdı.
O, İraq parlamentində maliyyə komissiyasının sədri idi.
Son xəbərlər
06:40
PSJ "Park de Prens"dəki qazonun vəziyyətinə görə 150 min avro cərimələnib
Futbol06:12
"Süleymançılar" dini təriqəti ilə əlaqəli 35 nəfər həbs edilib
Region05:40
Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını açıqlayıb
Digər ölkələr05:35
Tramp Venesuelanın neft ehtiyatlarının ABŞ-nin nəzarətinə keçdiyini bəyan edib
Digər ölkələr05:15
Pit Heqset prezidentliyə namizədliyini irəli sürmək planlarını təkzib edib - YENİLƏNİB
Digər ölkələr04:53
İraq və Oman İrana qarşı ABŞ sanksiyalarının nəticələri barədə xəbərdarlıq edib
Digər ölkələr04:25
ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb
Digər ölkələr03:52
Nepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır
Digər ölkələr03:21