​İraq hökuməti tam tərkibdə istefaya getməyə hazır olduğunu bildirib

Digər ölkələr
  • 16 mart, 2016
  • 09:46
​İraq hökuməti tam tərkibdə istefaya getməyə hazır olduğunu bildirib

Bakı. 16 mart. REPORT.AZ/ "İraq hökuməti tam tərkibdə istefa verməyə hazırdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin xüsusi bəyantında vurğulanıb.

"İraq hökuməti məsuliyyətini dərk edərək, lazımi vaxtda istefa verməyə hazırdır ", - kabinetin bəyantında vurğulanıb.

Ehtimal edilir ki, bu, ölkədə baş nazir Heydər əl-İbadinin aparmaq istədiyi islahatlar prosesini dəstəkləmək cəhddir.

Ötən gün İraqın baş naziri genişmiqyaslı islahat aparmaq üçün dövlət komissiyasına müraciət edərək, onlardan nazir vəzifələrinə yeni namizədlər təklif etməsini istəyib.