"Huawei" şirkətinin maliyyə direktoru ABŞ-ın tələbi ilə Kanadada saxlanılıb
- 05 dekabr, 2018
- 23:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 dekabr. REPORT.AZ/ Kanada polisi Çinin "Huawei" telekommunikasiya şirkətinin maliyyə direktoru xanım Vançjou Meni saxlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Globe and Mail" qəzeti yazıb.
"Vançjou Men dekabrın 1-də Vankuverdə saxlanılıb. Onun təhvil verilməsi ilə bağlı sorğunu Birləşmiş Ştatlar göndərib, girov qoyulmasına dair dinləmələr cümə gününə təyin edilib", - deyə nəşr Kanadanın Ədliyyə Nazirliyi nümayəndəsinin sözlərini sitat gətirib.
Qəzetin məlumatına görə, direktor ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaqda ittiham olunur və Birləşmiş Ştatların onun bu səbəbdən ekstradisiyasına dair sorğusu əsasında saxlanılıb.
Vançjou Men "Huawei"in təsisçisi Jen Çjenfeyin qızıdır. O həm də şirkətin idarə heyəti sədrinin müavinidir.
Bundan əvvəl Tramp administrasiyasının ABŞ-da Çin telefonlarının satışını qadağan etmək niyyətində olduğu məlumat verilmişdi.