Hindistanda avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər həlak olub

Digər ölkələr
  • 05 noyabr, 2016
  • 12:23
Hindistanda avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər həlak olub

Bakı. 5 noyabr. REPORT.AZ/ Hindistanda avtobusundərəyə yuvarlanması nəticəsində azı 16 nəfər həlak olub, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

"Report"un ANI agentliyinə istinadən verdiyi məlumata görə, insident Himaçal Pradeş ştatının rayonlarından birində baş verib.

Qəzanın səbəbləri hələlik məlum deyil.