Hindistan ABŞ-dən "Javelin" tank əleyhinə raket kompleksləri almağı planlaşdırır

Digər ölkələr
  • 28 avqust, 2026
  • 12:32
Hindistan ABŞ-dən Javelin tank əleyhinə raket kompleksləri almağı planlaşdırır

Hindistan ABŞ-dən "Javelin" tank əleyhinə raket kompleksləri almağı planlaşdırır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Hindistandakı səfiri Serjio Qor bildirib.

Agentlik planlaşdırılan sövdələşmə barədə təfərrüatları təqdim etməyib. Eyni zamanda, Vaşinqton tərəfindən təklifə verilən reaksiya məlum deyil.

Qeyd edək ki, FGM-148 Javelin ("Javelin") ABŞ-nin tank əleyhinə raket kompleksidir. FGM-148 kompleksinin raketləri bütün növ zirehli texnikaları effektiv şəkildə vurmaq qabiliyyətinə malikdir.

Məlumata görə, bir raketin qiyməti 200 000 dollardan 250 000 dollardadək təşkil edir.