Əhməd Əl Şaraa: Suriya və Rusiya hərbi bazaların taleyini müzakirə edir
- 27 iyul, 2026
- 03:45
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya və Rusiya münasibətlərində yeni səhifə açılıb.
"Report" xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Qətərin "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
"Ölkələrimiz arasında tarixi münasibətlər mövcuddur, bizi böyük maraqlar birləşdirir. Hazırda biz kursu tənzimləmək və vəziyyəti normal məcraya qaytarmaq üzərində işləyirik", - o bildirib.
Əl Şaraa həmçinin məlumat verib ki, Suriyadakı Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı Moskva ilə müzakirələr hələ başa çatmayıb.
Daha əvvəl, martın 31-də Suriya lideri Londondakı Kral Beynəlxalq Münasibətlər İnstitutunda ("Chatham House") bildirib ki, Rusiya bazalarının tədricən Suriya ordusu üçün təlim mərkəzlərinə çevrilməsi üzrə tədbirlər işlənib hazırlanır.