Braziliyada polis reydində həlak olanların qohumları etiraz aksiyası keçiriblər

Digər ölkələr
  • 31 oktyabr, 2025
  • 06:59
Braziliyada polis reydində həlak olanların qohumları etiraz aksiyası keçiriblər

Rio-de-Janeyroda (Braziliya - red.) polis reydində həlak olanların qohumları tez bir zamanda cəsədlərin verilməsini tələb edərək etiraz aksiyası keçiriblər.

"Report"un məlumatına görə, bu barədə "G1" portalı məlumat yayıb.

"Geniş miqyaslı əməliyyat zamanı həlak olanların qohumları cümə axşamı Məhkəmə Tibbi Ekspertiza İnstitutunun binası qarşısında etiraz aksiyası keçirib və hətta küçəni bağlayıblar", - məlumatda bildirilib.

Portalın məlumatına görə, onlar yaxınları üçün ədalət və cəsədlərin tez bir zamanda verilməsini tələb ediblər. Nəşr qeyd edib ki, aksiyada təxminən 30 nəfər iştirak edib.

"Hərbi polis əməkdaşları etirazçıları dağıtmaq üçün bibər qazından istifadə ediblər", - portal yazıb.

Xatırladaq ki, çərşənbə axşamı Rio-de-Janeyro polisi şəhərin şimalında təxminən 2,5 min polisin iştirakı ilə Braziliyanın "Qırmızı komanda" bandası əleyhinə genişmiqyaslı əməliyyat keçirib. Hakimiyyətin məlumatına görə, əməliyyat zamanı 119 nəfər həlak olub.

Son xəbərlər

Bütün Xəbər Lenti