Salyanda elektrik cərəyanı vuran 21 yaşlı şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Hadisə
  • 31 oktyabr, 2025
  • 13:39
Salyanda elektrik cərəyanı vuran 21 yaşlı şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Salyan rayonunda elektrik cərəyanı vurması səbəbindən xəstəxanaya yerləşdirilən şəxsin ölüm səbəbi açıqlanıb.

Bu barədə TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, 2004-cü il təvəllüdlü kişi oktyabrın 29-da saat 13:30 radələrində Salyam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Baş-beyinin diffuz travması, baş və üz skeletinin sınıqları, III dərəcəli koma diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən şəxs ailəsinin yazılı iltizamnaməsi əsasında özəl tibb müəssisəsinə təxliyə olunub.

Daha sonra pasiyent oktyabrın 30-da yenidən Salyan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, oktyabrın 31-də saat 12:20 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Salyan rayonunda elektrik cərəyanı vuran 21 yaşlı şəxs xəstəxanada ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Boranıkənd kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev İlqar İlham oğlu yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.

Nəticədə cərəyanın təsirindən yerə çırpılaraq müxtəlif dərəcəli xəsarətlər alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, o, iki gündən sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti