Hikmət Hacıyev: Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanır

Xarici siyasət
  • 31 oktyabr, 2025
  • 12:27
Hikmət Hacıyev: Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanır
Hikmət Hacıyev

Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

"Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatır. Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində yerində gərgin iş aparır", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti