I Qarabağ müharibəsinin itkin-şəhidi Mikayıl Əliyevin nəşinin qalıqları dəfn edilib - YENİLƏNİB

Daxili siyasət
  • 31 oktyabr, 2025
  • 12:17
I Qarabağ müharibəsinin itkin-şəhidi Mikayıl Əliyevin nəşinin qalıqları dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Mikayıl Əliyevin nəşinin qalıqları dəfn olunub.

"Report"un məlumatına görə, onun qalıqları Xəzər rayonu Zirə qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Mərasimdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Əliyev Mikayıl Atababa oğlu ilə vida mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasim şəhidin Xəzər rayonu Zirə qəsəbəsində yerləşən evində baş tutub.

Mərasimdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Mikayıl Əliyevin nəşinin qalıqları Zirə qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. M.Əliyev 26 fevral 1992-ci ildə Xocalıda itkin düşmüş hesab edilirdi.

Son xəbərlər

Bütün Xəbər Lenti