Kobaxidze: Gürcüstanın valyuta ehtiyatları rekord səviyyəyə çatıb

Region
  • 31 oktyabr, 2025
  • 12:17
Kobaxidze: Gürcüstanın valyuta ehtiyatları rekord səviyyəyə çatıb
İrakli Kobaxidze

Gürcüstan iqtisadiyyatı 2025-ci ilin yanvar-sentyabr aylarında 7,7% artıb, valyuta ehtiyatları rekord səviyyəyə çatıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze hökumətin iclasında ölkənin iqtisadi göstəriciləri ilə bağlı danışarkən deyib.

Baş nazir bildirib ki, Beynəlxalq Valyuta Fondu Gürcüstan üzrə illik iqtisadi artım proqnozunu 7,2%-ə yüksəldib.

"İlkin məlumatlara əsasən, ilk üç rübdə iqtisadi artım 7,7% təşkil edib. BVF proqnozunu 7,2%-ə qaldırdı və ehtimal var ki, biz bu göstəricini də üstələyəcəyik. Bu tempin qorunması çox vacibdir", – Kobaxidze qeyd edib.

Hökumət başçısı, həmçinin Gürcüstanın valyuta ehtiyatlarının tarixi maksimuma yüksəldiyini vurğulayıb:

"Valyuta ehtiyatları artıq 5,6 milyard dollara çatıb. Bu, sabit iqtisadi artımın nəticəsidir. Milli Banka görülən işlərə görə təşəkkür edirəm. Yeni sərmayələrin icrasına start verilir və bu da iqtisadiyyatın daha da böyüməsinə təkan verəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti