Yəməndə bayram namazı zamanı partlayış baş verib, 29 nəfər ölüb

Digər ölkələr
  • 24 sentyabr, 2015
  • 06:36
Yəməndə bayram namazı zamanı partlayış baş verib, 29 nəfər ölüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Yəmənin paytaxtı Sana şəhərində Qurban bayramı namazı zamanı baş verən partlayış nəticəsində 29 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb .

Hadisə polis akademiyasının yaxınlığındakı Əl-Bilali məscidində baş verib.

Partlayışın məsuliyyətini heç bir terrorçu qruplaşma üzərinə götürməyib.

44 - Tezliklə