Angela Merkel Səudiyyə Ərəbistanı kralı ilə görüşdə hicab geyinməkdən imtina edib

Digər ölkələr
  • 01 may, 2017
  • 11:03
Angela Merkel Səudiyyə Ərəbistanı kralı ilə görüşdə hicab geyinməkdən imtina edib
independent.co.uk

Bakı. 1 may. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud ilə görüşdə hicab geyinməyib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Səudiyyə Ərəbistanında qadınlar üçün ciddi geyim qaydaları mövcud olsa da, Almaniya kansleri qaydalara riayət etməyib.

Qeyd edək ki, A.Merkel Səudiyyə Ərəbistanı kralından əlavə, səudiyyəli qadın sahibkarlarla da görüşüb.

44 - Tezliklə