​Almaniyada suriyalı qaçqın 1 nəfəri öldürüb, 2 nəfəri yaralayıb

Digər ölkələr
  • 24 iyul, 2016
  • 21:20
​Almaniyada suriyalı qaçqın 1 nəfəri öldürüb, 2 nəfəri yaralayıb

Bakı. 25 iyul. REPORT.AZ/ Almaniyada iyirmi bir yaşlı gənc 1 nəfəri öldürüb, 2 nəfərə isə xəsarət yetirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə bu ölkənin Roytlinqen şəhərində (Baden-Vyurtemberq ərazisində) baş verib.

Polisin mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törətmiş gənc Suriyadan olan qaçqındır. Hüquq-mühafizə orqanları hadisənin avtobus vağzalında baş verdiyini bildiriblər.

Hadisəni törətmiş şəxs həbs edilib.