ABŞ-ın hərbi təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr
- 19 may, 2016
- 05:52
Bakı. 19 may. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52" bombardmançı təyyarəsi "Andersen" həbri bazasından havaya qalxdıqdan sonra Sakit okeanda yerləşən Quam adasında qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Xəbərə görə, göyərtəsində 7 ekipaj üzvü olan "B-52" təyyarəsi yerə düşən kimi yanıb. Heyət üzvlərindən heç kim xəsarət almayıb.
İnformasiyada bildirilib ki, bu bombardmançı 60 ildən artıqdır ABŞ Hərbi Hava Qüvvələrinin balansındadır. "B-52" təyyarələri bir çox müharibədə, o cümlədən Əfqanıstan, Vyetnam savaşlarında istifadə olunub.
2008-ci ildə də Quamda belə bir bombardmançı təyyarə qəzaya uğramışdı. Həmin qəzada təyyarə heyətinin 6 üzvü həlak olmuşdu.
Son xəbərlər
21:25
Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var
Hadisə21:15
AVRO-2026: Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub edib
Komanda21:11
Foto
Daşkənddə Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib
Biznes20:56
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə20:34
Sabirabadda minik avtomobili motosikletlə toqquşub, ölən var
Hadisə20:28
Azərbaycan Premyer Liqasında II tura start verilib
Futbol20:26
Putin Rusiyanın Ukrayna ilə sülhlə bağlı dialoq üçün şərtlərini açıqlayıb
Region20:14
Azərbaycan güləşçisi Hacı Kərimov U-20 dünya çempionatının finalına yüksəlib
Fərdi19:58