İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib

Digər ölkələr
  • 22 avqust, 2026
  • 19:58
İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib

İsrail hərbçiləri Qəzza zolağının mərkəzində HƏMAS hərəkatının "Deyr əl-Bəlah" batalyonunun bölük komandirini zərərsizləşdirib.

"Report"un xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Zərbə Deyr əl-Bəlah ərazisində HƏMAS-ın hərbi qanadı olan "Deyr əl-Bəlah" batalyonunun bölük komandiri Şərif əl-Həsənata endirilib. O, İsrail Müdafiə Ordusunun hərbi qulluqçuları üçün birbaşa təhlükə yaradırdı", - bəyanatda deyilir.

İsrail Müdafiə Ordusunun məlumatına görə, əl-Həsənat terror hücumlarının planlaşdırılmasına, həyata keçirilməsinə nəzarət edib və Qəzza zolağında HƏMAS-ın yeraltı obyektlərinin bərpasında iştirak edib.

44 - Tezliklə