ABŞ-da Kaliforniyadakı faciə ilə bağlı dövlət bayraqları endiriləcək
- 08 noyabr, 2018
- 16:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının Tauzand-Oks şəhərində 12 nəfərin ölümü ilə nəticələnən fəciəvi hadisə ilə əlaqədar noyabrın 10-da dövlət bayraqlarını endirmək barədə göstəriş verib.
“Report” xəbər verir ki, bu barədə Ağ evin Mətbuat xidmətinin məlumatında bildirilir.
“Noyabrın 7-də baş verən dəhşətli hadisənin qurbanlarının xatirəsi üçün Ağ evin, bütün dövlət binalarının üzərindəki dövlət bayraqlarının endirilməsini əmr edirəm”, - dövlət başçısının imzaladığı sənəddə qeyd edilir.
Qeyd edək ki, ötən axşam “Borderline Bar and Grill” barına girən naməlum şəxs oradakılara 30-dək atəş açmışdı. Həmin vaxt barda əksəriyyəti tələbə olan bir neçə yüz müştəri olub. Nəticədə biri polis olmaqla 12 nəfər ölüb. Cinayətkar özü də məhv edilib.