ABŞ-da hərbi bazada terror törətmək istəyən keçmiş çavuşa 30 il iş kəsilib

Digər ölkələr
  • 25 iyul, 2017
  • 09:49
ABŞ-da hərbi bazada terror törətmək istəyən keçmiş çavuşa 30 il iş kəsilib

Bakı. 25 iyul. REPORT.AZ/ ABŞ-ın Kanzas ştatının sakini, 22 yaşlı Con Buker Manhettendəki Fort-Rayl hərbi bazasında terror aktı törətməyə cəhd etdiyindən 30 il azadlıqdan məhrum edilib.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Con Buker ABŞ hərbçilərini öldürməklə terrorçu İŞİD qruplaşmasına yardım göstərmək istədiyini etiraf edib.

Plana görə, o, terrorçu-kamikadze olmamalı idi.

44 - Tezliklə