İlyas İsmayılov vəfat edib
Daxili siyasət
- 17 fevral, 2025
- 10:20
Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.
Mərhumun yaxınlarının "Report"a verdiyi məlumata görə, o, bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Xəstəxanadan isə bildirilib ki, İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbilə dünyasını dəyişib.
Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.
Son xəbərlər
10:05
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 %-ə yaxın artıb
Maliyyə10:04
Azərbaycan millisinin formasını geyinmiş İsmayıl Abbasov "Murov Az Terminal"a keçib
Komanda10:01
Murat Bayram: Türkiyə binaların enerji səmərəliliyi üçün rəqəmsal monitorinq tətbiq edir
Ekologiya09:59
UNECE: Tikinti sektorunun transformasiyası bütün dəyər zəncirini əhatə etməlidir
İnfrastruktur09:50
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
Elm və təhsil09:43
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
Hadisə09:42
COP31 Sədrliyi binaların enerji intensivliyinin 20 % azaldılmasını təklif edir
Energetika09:37
Türkiyə rəsmisi: "İqlimə dözümlü şəhər inkişafı üçün yeni yanaşma üzərində işləyirik"
İnfrastruktur09:36