Dövlət Komissiyasının katibi: Azərbaycanın bir çox qurumları vicdanlı şəkildə itkin şəxslərin taleyi ilə bağlı fəaliyyət göstərir
- 09 oktyabr, 2025
- 18:14

Bakıda bu cür tədbirlərin keçirilməsi, xarici ekspertlərlə fikir mübadiləsi təcrübələrimizi artırır.
"Report" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, tədbirin məqsədi dövlətin beynəlxalq təşkilatın və digərlərin itkin düşmüş şəxslərin aradan qaldırması və yolların tapılması ilə bağlı fikir mübadiləsi aparmaqdır:
"Bu sahədə hər bir mütəxəssisin fəaliyyəti çox təqdirəlayiqdir. Burada Azərbaycanın bir çox qurumları vicdanlı şəkildə itkin şəxslərin taleyi ilə bağlı fəaliyyət göstərir".