Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib

Daxili siyasət
  • 15 oktyabr, 2026
  • 15:26
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdam şəhəri Muğam Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbulda Ağdam, Füzuli və Xocavənd rayon sakinlərinin müraciətləri dinlənilib.

Qəbul zamanı edilən müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, aliment ödənişi, uşaqların sağlamlığının təminatının gücləndirilməsi, əlilliyin bərpası, eləcə də qadınların kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı məsələlər yer alıb.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb