Azərbaycanın müxalifyönlü partiya sədrləri İranda səfərdədir

Daxili siyasət
  • 12 fevral, 2018
  • 10:29
Azərbaycanın müxalifyönlü partiya sədrləri İranda səfərdədir
ADP sədri Sərdar Cəlaloğlu və VİP sədri Əli Əliyev

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və partiya sədrinin birinci müavini Həsrət Rüstəmov İran İslam Respublikasında səfərdədir.

Bu barədə “Report”a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdə məqsəd İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə fevralın 10-dan 13-dək Tehranda keçirilən bayram tədbirlərində iştirak etməkdir. Bundan başqa, İranın siyasi təmsilçiləri ilə və dövlət televiziyasında görüşlər də nəzərdə tutulub.

Xatırladaq ki, səfərin təşkilatçısı İranın Azərbaycandakı səfirliyidir.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də İrandadır.