Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib
- 15 aprel, 2015
- 14:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan və Xorvatiya hökumətləri arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın Azərbaycan üzrə tərkibi aşağıdakı şəkildə təsdiqlənib:
Komissiyanın həmsədri
Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.
Komissiyanın üzvləri:
İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini
Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Xarici İşlər Nazirliyinə isə Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.