Azərbaycan Moskvaya 2 min tondan çox nar ixrac edib

Biznes
  • 20 oktyabr, 2023
  • 09:29
Azərbaycan Moskvaya 2 min tondan çox nar ixrac edib

Bu il sentyabr ayının əvvəlindən Azərbaycandan Rusiyanın Moskva vilayətinə 2,2 min tondan çox təzə nar ixrac edilib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, qurumun regional idarəsi məhsulların idxal edildiyi 146 nəqliyyat vasitəsini yoxlayıb.

Nar Ümumrusiya Bitki Karantini Mərkəzinin (FSBI “VNIIKR”) laboratoriyasında yoxlanılıb və karantin fitosanitar tələblərinə uyğunluğu təsdiqlənib, yoxlamalardan sonra sərbəst satışa buraxılıb.