Azərbaycan Ukraynadan palma yağının alışını bərpa edib
- 30 iyun, 2025
- 16:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 709 min ABŞ dolları dəyərində 416 ton palma yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 97 %, kəmiyyət olaraq – 98 % azdır.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 334,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 97 % azdır) 240,8 ton (-98 %), Malayziyadan 208,7 min ABŞ dolları dəyərində (-98,4 % az) 90,7 ton (-99 %), Rusiyadan 140,9 min ABŞ dolları dəyərində (+41 %) 72,7 ton (+1 %), Ukraynadan 20,3 min ABŞ dolları dəyərində 10 ton və Türkiyədən 4,75 min ABŞ dolları dəyərində (-85 %) 2 ton (-91 %) məhsul alıb.
Azərbaycan 8 il 1 aylıq fasilənin ardından Ukraynadan palma yağının tədarükünü bərpa edib.